Azərbaycan millisi 3 pillə gerilədi - FIFA reytinqi

18-06-2025, 09:54 173 dəfə baxılıb

 

Futbol üzrə Azərbaycan milli komandası daha 3 pillə geriləyərək, 112-ci pilləyə enəcək.

Yenisirvanli.İnfo.Az "football-ranking"ə istinadən məlumat verir ki, bu, iyulun 10-da açıqlanacaq FIFA-nın yeni reytinq siyahısında rəsmən əksini tapacaq.

Azərbaycan millisi iyunun 7-də səfərdə Latviya ilə qolsuz heç-heçə etdikdən sonra iyunun 10-da evdə Macarıstana uduzub - 1:2. Nəticədə Fernandu Santuşun baş məşqçi olduğu komanda 2,63 xal itirib və 1148,01 xalla İndoneziya, Niger və Toqonu da özündən irəli buraxıb.

Əvəzində Azərbaycan millisindən sonra evdə Albaniya ilə DÇ-2026-nın seçmə matçında 1:1 hesablı heç-heçə edən Latviya 1 pillə irəliləyib və aktivinə 6,81 xal yazıb. Bu komanda 1099,30 xalla 138-ci pillədə yer alacaq. Macarıstan isə Azərbaycan millisinə qalib gəlməmişdən əvvəl yoldaşlıq görüşündə İsveçə 0:2 hesabı ilə uduzduğu üçün 1 pillə itirib və 1500,73 xalla 38-ci mövqeyə enib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031