UEFA seçmə turnirlərin qaydalarını dəyişə bilər

12-10-2025, 12:19 98 dəfə baxılıb

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) dünya və Avropa çempionatları üçün seçim prosedurunu dəyişdirmək niyyətindədir.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.


Məlumata görə, təşkilat oyunların yayım hüquqlarının satışından əldə edilən gəlirin azalmasından narazıdır və təsnifat turnirlərinin keçirilməsi formulunu dəyişməyə hazırdır.


Konkret olaraq, Millətlər Liqasından dünya çempionatı və ya Avropa çempionatının seçmə mərhələsinin bir hissəsi kimi istifadə edilməsi təklif olunur. İşçi qrup, həmçinin, vahid liqa cədvəli ilə İsveçrə modelinin tətbiqini müzakirə edir. Ötən mövsümdən Avropa yarışlarında bu formatdan istifadə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031