Azərbaycan və Özbəkistan dünya çempionatı üçün birgə namizədliyini irəli sürdü - Futbol üzrə

7-07-2025, 12:01 142 dəfə baxılıb

 

Azərbaycan və Özbəkistan 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatına ev sahibliyi etmək üçün namizədliklərin dəyərləndirməsinə başlayıb.

Futbol sahəsində həyata keçirilən fəal islahatlar, yaradılan infrastruktur və türkdilli ölkələrin artan beynəlxalq nüfuzunu nəzərə alaraq, Azərbaycan və Özbəkistan futbol federasiyaları səylərini birləşdirərək turnirin keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər və bu mötəbər yarışı yüksək səviyyədə təşkil etməyə tam hazır olduqlarını ifadə ediblər.

Bu gün Azərbaycan Özbəkistanla birlikdə belə nüfuzlu yarışa ev sahibliyi etməyə tam hazırdır. Ölkəmizdəki bir sıra stadionlar beynəlxalq standartlara cavab verir. Azərbaycan son illərdə bir sıra böyük turnirlərin təşkilində əhəmiyyətli təcrübə qazanıb. Bura AVRO-2020-nin bəzi oyunları, UEFA Avropa Liqasının final matçı, 17 yaşlılar arasında Avropa çempionatı, 17 yaşadək qızlar arasında dünya çempionatı daxildir. FİFA və UEFA rəsmiləri Bakıda keçirilən mötəbər turnirləri yüksək qiymətləndiriblər.

Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də dünyanın müxtəlif ölkələrindən gələcək azarkeşlərin qəlbini qonaqpərvərliyi, peşəkar yanaşması, futbola olan sadiqliyi və əlbəttə ki, futbolsevərlərin səmimi sevgisi ilə fəth etməyə hazırdır.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031