Dəmiryoluna qəfil çıxan kişini qatar vurub öldürdü - Yenilənib

11-01-2026, 16:33 213 dəfə baxılıb

 

Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, hadisə rayonun Qaraqurdlu kəndi ərazisində qeydə alınıb.


Məlumata görə, dəmiryolu xəttini keçmək istəyən kənd sakini, 1967-ci il təvəllüdlü Tərlan Poladovu qatar vurub. Ağır bədən xəsarətləri alan şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.


***


“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib ki, bu gün saat 15:20 radələrində Xaçmaz-Çarxı sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər kişi çıxıb:


“Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.


Əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb. 


ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Unutmaq olmaz ki, yol həmişə qatarındır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031