Xaçmazda qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələnib

4-05-2025, 17:27 160 dəfə baxılıb

 

Bu gün saat 04:00 radələrində ADY-yə məxsus qatar Xaçmaz istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) "Report"un sorğusuna cavab olaraq bildirib.

Qeyd olunub ki, maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və həmin şəxs həyatını itirib:

"Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır. Dəmir yollarından keçərkən yalnız müəyyən olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə etmək, dəmiryol xətlərinə yaxınlaşarkən sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etmək lazımdır".


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031