İnək qatarı dayandırdı, ADY məhkəməyə verdi

18-04-2025, 20:33 104 dəfə baxılıb

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarına ziyan vuran iribuynuzlu heyvanın sahibini cərimə etdirib

Yenisirvanli.İnfo.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bir neçə ay əvvəl Ağstafa-Bakı marşrutu ilə hərəkət edən “Azərbaycan Dəmir Yolları”na məxsus DŞİ-001 nömrəli, 731 saylı sürətli sərnişin qatarı Zazalı-Dəliməmmədli mənzilinin 349-cu km-də  hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Maşinist təcili tormozlama etsə də, qatarı tam olaraq dayandıra bilməyib və inəyi vurub.

Nəticədə qatarın ön və yan hissəsi zədələnib, ADY-yə 8089,83 manat məbləğində maddi ziyan dəyib.

Aparılan araşdırma zamanı hadisəyə səbəb olan iribuynuzlu heyvanın sahibinin C.M. olması müəyyən edilib. Fermer izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf edib. Amma ADY-yə dəyən zərəri ödəmək üçün maddi imkanı olmadığını bildirib.

Məhkəmə C.M.-dan 8190,83 tutularaq QSC-yə ödənilməsi barədə qərar qəbul edib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930