Salyanda orta məktəbdə 17 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

5-12-2025, 16:22 133 dəfə baxılıb

 

Salyanda orta məktəbdə baş verən zəhərlənmə nəticəsində 17 nəfər xəstəxanaya müraciət edib.


Bu barədə Yenisirvanli.info.az -ın sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.


Bildirilib ki, xəstəxanasının Təcili tibbi yardım şöbəsinə bu gün saat 13:40-da 17 nəfər (13 nəfər qadın cinsi, dörd nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub:


"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən doqquz nəfər ambulator müalicə üçün evə buraxılıb.


Hazırda səkkiz nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031