Cəlilabadda ağır QƏZA: Ölən və yaralılar var

19-10-2025, 15:49 85 dəfə baxılıb

 

"Bu gün saat 12 radələrində yol-nəqliyyat hadisəsi səbəbindən 6 nəfər (2-si qadın, 4-ü kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".


Bu barədə Yenisirvanli.info.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.


Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib.


1965-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.


Digər 5 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.


12:12


Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində yaralanan şəxslərin adları məlum olub.


Yenisirvanli.info.az  xəbər verir ki, onlar Zülfüqar Zaur oğlu Səfərli, Rza Ağahüseyn oğlu İdrak, Əmrah Əlyar oğlu Musayev, Mahir Səfər oğlu Əhimov, Əmrah Zaur oğlu Məmmədovdur.


Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031