TƏCİLİ: Mirsaleh Seyidov vəzifəsindən azad edildi
Ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov vəzifəsindən azad olunub.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Tribuna.az-a verilən məlumatda qeyd olunur.
M.Seyidovun işindən kənarlaşdırılması barədə bu gün qərar qəbul olunub. Bu haqda rəsmi xəbərin elan olunacağı gözlənilir.
Mirsaleh Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Ədliyyə Nazirinin müavini – Penitensiar Xidmətin rəisi təyin edilib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: