Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
TƏBİB-in tabeliyində fəaliyyət göstərən regionun iri səhiyyə müəssisələrindən birinin dövlət büdcəsinə iri məbləğdə vergi borcunun olduğu ortaya çıxıb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, "LƏNKƏRAN RAYON MƏRKƏZİ XƏSTƏXANASI" Publik Hüquqi Şəxsi dövlət qarşısında yaranmış maliyyə-vergi öhdəliklərini vaxtında yerinə yetirməyib.

Müəssisənin hüquqi ünvanı Lənkəran rayonu, Lənkəran şəhəri, Nizami küçəsi, ev 67 ünvanında yerləşir.
Xəstəxananın qanuni təmsilçisi və direktoru Oktay Əmənullayev Xalıq oğludur.
Qeyd edək ki, Oktay Əmənullayev direktor vəzifəsinə cari ilin avqust ayında təyin olunub.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: