ŞOK: İqtisadiyyat Nazirliyində 150 nəfər işdən çıxarılır

14-03-2025, 10:17 568 dəfə baxılıb

İqtisadiyyat Nazirliyində 150 nəfər işdən çıxarılır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Tribunainfo.az məlumat əldə edib.

Xəbərə görə, nazirliyin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkətinin toplam 150 nəfər işçisinə nazirlikdən işdən çıxmaq üçün ərizə yazmaları haqqında göstəriş gəlib.


Hər şey ondan başlayıb ki, 2021-ci ildə nazirlik bir-biri ilə əlaqəsi olmayan bu iki şirkəti birləşdirib Azərbaycan Biznesinin İnkişafı Fondu adlı yeni qurum yaratmağı qərara alıb. Bu ilin fevralında heç bir təşkilati məsələ həll edilmədən yeni şirkət qeydiyyatdan keçirilib. İşçilərə əvvəlcə kompensasiya ödənilərək yeni şirkətə keçiriləcəkləri söz verilsə də, sonradan ərizə yazıb işdən çıxmaları əmr olunub. Belə izah olunub ki, işçilərə kompensasiya ödənməsi dövlət büdcəsini talamaq deməkdir.


Hüquqları pozulan işçilər isə bayramqabağı ərizə yazıb işsiz qalmalarından qorxurlar. Xəbərlə bağlı nazirliyin mətbuat xidmətinin açıqlamasını işıqlandırmağa hazırıq.

Yenisirvanli.İnfo.Az 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930