İlham Əliyev Qəbələdə Andrey Babişi qarşıladı - Fotolar

27-04-2026, 11:33 1 054 dəfə baxılıb


Bu gün Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.


“Yenisirvanli.info.az” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb.


Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verib.


Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib.


Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.


Sonra rəsmi foto çəkdirilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031