“Mossad” İlham Əliyevdən sitat paylaşdı - Foto

7-01-2026, 12:25 185 dəfə baxılıb


İsrailin milli kəşfiyyat orqanı “Mossad” Azərbaycan Prezidenti İlham Əliyevin Qəzza zolağında mümkün beynəlxalq missiyalarda ölkəmizin iştirakı ilə bağlı fikrini yayıb. 


“Yenisirvanli.info.az” xəbər verir ki, dövlət başçısının sözləri “Mossad”ın “X” sosial şəbəkəsindəki hesabında paylaşılıb. 


Paylaşımda dövlət başçısının Azərbaycanın xaricə, o cümlədən Qəzzaya qoşun göndərməyəcəyi və hər hansı beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak etməyəcəyi ilə bağlı fikirləri yer alıb.  


“Bakı Tramp administrasiyası ilə müzakirələrin aparıldığını təsdiqləyib, lakin aydın şəkildə bəyan edib: Hər hansı missiyada iştirak nəzərdə tutulmur”, - “Mossad”ın sosial şəbəkə hesabında Prezidentdən sitat gətirilib. 


Bu şərhin Qəzza sülh planı ilə bağlı təklif edilən beynəlxalq sabitləşdirmə qüvvələri haqqında danışıqlar fonunda səsləndiyi qeyd olunub. 


Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirak edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırmışdı. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031