Nəsimii Rayonunda Müşfiq “kabusu”- Sakinlərdən ŞOK müraciət

1-07-2025, 11:33 158 dəfə baxılıb

 

Nəsimii Rayonunda Müşfiq “kabusu”- Sakinlərdən ŞOK  müraciət 

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Bir qrup Nəsimi rayon sakini Qanunsuz əlavə artırmalarla bağlı redaksiyanın qaynar xəttinə müraciət ünvanlayıb. Tərlan şadlıq evindən tutmuş, "Bol "marketin yerləşdiyi mərkəzi küçələri əhatə edən əraziləri Müşfiq adında bir tikinti maqnatı və ev alqı-satqısı ilə məşğul olan dırnaqarası iş adamının qanunazidd hərəkətləri ilə bağlı sakinlərin müraciətini ictimailəşdirməyimiz xahiş olunur. Sakinlərin göndərdiyi şəkillərdən də görünür ki, binanın əsaas hissəsində tikinti işləri aparılıb. Onların  yazdığına görə, bu ərazilərdə minlərlə belə Müşfiq müəllimin qanunsuz tikintiləri var. Həmişə də deyir ki, İcra hakimiyyətinin başçısının və Şəhərsalmanın xəbəri olmasa mən bunu edə bilərəm? İmkan verməzlər. 

Özünə nə qədər arxayınlaşma var ki, aidiyyatı qurumların da adını hallandırmaqdan çəkinmir. Tikinti normalarının kobud şəkildə pozulması, Binanın ümumi fasadına əlavə yüklərin quraşdırılması gələcəkdə baş verə biləcək bədbəxt hadisələrə bir başa zəmin yaradır.
 

Apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki, sözü gedən tikinti ilə bağlı   “Tikintiyə icazə verilməsinə görə informativ və statistik xarakterli məlumat bazası”nda heç bir məlumat yoxdur. 

Məsələni araşdırmaq üçün dırnaqarası iş adamını axtardıq, onu gördüm deyən olmadı, hətta mobil telefonuna dəfələrlə zəng etsək də cavab vermədi.

 Onun qarşı tərf kimi mövqeyini dərc etməyə hazırıq.
 

Biz isə redaksiya olaraq məsələnin ciddiliyini nəzərə alıb materialı tədbir görülməsi üçün FHN-nin Tikintiyə Nəzarət idarəsinə,  Nəsimi İcra hakimiyyətinə və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizova ünvanlayırıq. 

Məsələ redaksiya tərəfində geniş araşdırılır. Çöx ciddi məlumatlar var. Bu məlumatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına ehtiyac var.

(ARDI VAR)

Aydın Əlili
 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031