Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR

10-05-2025, 14:09 793 dəfə baxılıb

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə məhkəmənin əmlaklarının müsadirə edilməsi barədə qərarından kassasiya şikayəti verib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.

Şikayət ərizəsində Rəşad Məlikzadənin ziyanın bir qismini ödədiyi, buna baxmayaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edildiyi qeyd olunub. Müdafiə tərəfi müsadirənin düzgün aparılmadığını əsas gətirərək kassasiya şikayəti verib.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib.

Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Bu məbləğdən 848.000 manatını dövlət büdcəsinə ödəyib.APA  


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031