Abşeronda Şollar su kəməri ətrafında qanunsuzluq-Video

10-04-2025, 11:05 323 dəfə baxılıb

 

Abşeron rayonu, Masazır qəsəbəsi, Akif Abbasov küçəsində əkin üçün nəzərdə tutulmuş torpaqlarda, həmçinin Şollar su xəttinin keçdiyi ərazidə qanunsuz tikinti işləri aparılır.

XALQ.AZ xəbər verir ki, sözügedən küçənin bir hissəsindən Şollar su xətti keçir. Məhz buna görə ərazidə tikinti işlərinin aparılması qadağandır. A.Abbasov küçəsinin həmin hissəsində həmçinin yüksək gərginlikli elektrik xətləri mövcuddur. Həm içməli su, həm də elektrik xətlərinin mühafizə zolağında uzun illər idi ki, tikintiyə icazə verilmirdi. Eyni zamanda bu torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlar olduğu üçün orada tikinti aparılması qadağandır.

Lakin artıq bir müddətdir ki, həmin ərazidə çoxmərtəbəli binaların inşasına başlanılıb və qızğın iş gedir. Ərazidə tikinti işlərinin aparılması qadağan olsa da, maraqlıdır ki, aidiyyəti qurumlar bunun fərqində deyil.

Tikintilərin hansı şirkət tərəfindən, hansı icazə əsasında həyata keçirdiyi məlum deyil.

Maraqlıdır, həm kənd təsərrüfatı təyinatlı torpaqlarda, həm Bakının əsas içməli su təminatı olan Şollar su kəmərinin yaxınlığında, həm də yüksək gərginlikli elektrik xətlərinin yerləşdiyi mühafizə zolağında tikinti işlərinin həyata keçirilməsinə kimlər, hansı qurumlar icazə verib?

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı  Abdin Fərzəliyevdir.Tribunainfo.az

Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930