Bu gün İlyas İsmayılovla vida mərasimi keçirilir

18-02-2025, 11:45 5 dəfə baxılıb

 

Bakıda Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılovla vida mərasimi keçirilir.


Yenisirvanli.İnfo.Az  xəbər verir ki, Heydər məscidində keçirilən mərasimdə ictimai-siyasi xadimlər, mərhumun partiyadaşları, ailə üzvləri və yaxınları iştirak edirlər.

Vidadan sonra İlyas İsmayılov Bakının Nardaran qəsəbəsindəki qəbiristanlıqda – mərhum oğlu Etimad İsmayılovun məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.

Siyasətçi fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

İ.İsmayılovun səhhətində xeyli vaxtdır problemlər vardı. Partiya lideri insult keçirmiş, daha sonra komaya düşmüşdü. Onun böyrəkləri də funksiyasını itirmişdi.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930