Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - FOTO

9-04-2025, 18:31 192 dəfə baxılıb

 

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Azərbaycanın sabiq hərbi prokuroru Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyevin Rusiyanın Yesentuki şəhərində təsis etdiyi “Rusel” və “Rusel Park” şirkətləri ötən il üçün maliyyə hesabatlarını açıqlayıblar.

Yeniavaz.com şirkətlərin maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Rusel” şirkəti 2024-cü ili 526 min rubl (6,1 min dollar) xalis mənfəətlə, “Rusel Park” şirkəti isə 342 min rubl (4 min dollar) xalis zərərlə başa vurub.


Məlumat üçün bildirək ki, yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin yeganə təsisçisi Şahmar Vəliyevdir. Direktor isə Olqa Kərimovadır.


Şahmar Vəliyev 2017-ci ildə keçirilən Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Kislovodsk şəhərində “Rusel” sanatoriyasının tikintisi ilə bağlı müqavilə imzalayıb. Rusiya mətbuatının yazdığına görə, “Rusel” sanatoriyasının tikintisinə 2018-ci ildə başlanılıb və 2021-ci ildə başa çatdırılıb.

Qeyd edək ki, Azərbaycanda da “Rusel” adı ilə fəaliyyət göstərən və Şahmar Vəliyeva məxsus şirkət var. Şahmar Vəliyevin direktoru olduğu “Rusel” şirkəti (VÖEN-1600133861) dövlət qurumlarının keçirdiyi müxtəlif tenderlərdə qalib olub. Xətai rayonundakı “Rusel Plaza”nın da Şahmar Vəliyevə məxsus olduğu bildirilir. Bunlardan başqa Şahmar Vəliyev “Rusel” şirkəti ilə eyni ünvanda yerləşən “Azneftemaş” ASC-nin də prezidentidir.

Onu da qeyd edək ki, dünən Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb. Bu gün isə Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı təqdimat Milli Məclisə daxil olub.Yeniavaz.com



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930