Qar İsmayıllı-Muğanlı magistralında fəsadlar yaradıb, onlarla avtomobil yolda qalıb

21-02-2025, 13:58 1 dəfə baxılıb

 

Ötən gün yağmağa başlayan qar İsmayıllı-Muğanlı əsas magistral yolunda bir sıra fəsadlara səbəb olub...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, "Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, qeyd olunan ərazidə və İsmayıllı rayonunun Basqal kəndi ərazisində əksəriyyəti sərnişin avtobusu olmaqla, ümumilikdə 50-yə yaxın nəqliyyat vasitəsi yolda qalıb.

Bu gün səhər saatlarında həmin yol təqribən üç saata yaxın bağlı qalıb, sürücülər və sərnişinlər üçün çətin anlar yaşadıb.

Əraziyə aidiyyəti qurumların texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yolda avtomobillərin hərəkəti qismən bərpa olunsa da, güclü qar yağmaqda davam edir.

Yolda qalan avtomobillərin ərazidən çıxarılması istiqamətində zəruri işlər davam etdirilir.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930