Vətəndaşdan ETİRAZ: "RR Construction" şirkəti DƏRƏBƏYLİK edir, evimizi blokadaya alıb

28-03-2025, 13:34 367 dəfə baxılıb

 

Paytaxtın Yasamal rayonunun "Kubinka" kimi tanınan ərazisində aparılan söküntü işləri ilə bağlı bir vətəndaş şikayət edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə sakin şikayət videosu yayımlayıb.

O qeyd edib ki, "RR Construction" şirkəti vətəndaşların hərəkət etməsinin qarşısını almaq üçün evlərini blokadaya alıb:

"Hər yeri söküblər, yollarımızı bağlayaraq məhdudlaşdırıblar. Söküntü işləri Fuad İbrahimbəyov küçəsi 27 ünvanında aparılır. Bunu ona görə edirlər ki, insanlar buradan çıxa bilməsinlər. Artıq dərəbəyliyə başlayıblar".

Qeyd edək ki, videogörüntüdə vətəndaşlar üçün həyati təhlükənin olduğu da müşahidə edilir.

Məsələ ilə bağlı şirkətin vəkili ilə əlaqə saxlasaq da, cavab ala bilmədik:

"İş günü deyil, 1-ci gün açıqlama verərəm".

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031