Beynəlxalq Bank tərəfindən dələduzluqla üz-üzə qalan qadın intihar edəcəyini deyir...

27-03-2025, 10:24 313 dəfə baxılıb

"Dələduzluğu bankların özləri edir..." "DİA-AZ" xəbər verir ki, konkret olaraq Azərbaycan Beynəlxalq Bankı ilə bağlı bu ittihamı səsləndirən jurnalist Zümrüd Məmmədova konkret faktı da açıqlayıb.

Jurnalist yazır: "60 yaşlı qadın Cəvahir Əhmədova banka yaxınlaşıb rayondan ona gələn pulu almaq üçün kömək istəyib. Oranın əməkaşı ona bir kart verib. Deyib bunu götür... bura atsınlar. O da kartı gətirib evə, istifadə də etməyib. Heç kartdan anlayışı da yoxdur.

Xoş günlərin birində bankdan ona xəbər gəlib ki, 3700 manata yaxın borcun var və onu da yönəldiblər yetimin pensiya kartına. Araşdıranda məlum oldu ki qadın kartdan pul çəkməyib. Pul "Nizami Mall"un qarşısındakı bankomatdan çəkilib. Polisə şikayət verdik. Yazdı ki məhkəməyə ver, məhkəmə də dedi polisə. Bu ara ABB bank qadının aldığı 300 manat pensiyasını qəpiyinə kimi tutdu.

Yazıq küçədən butulka yığıb dolanır.

Hal hazırda iş Nəsimi Pİ- dədir. Müstəntiqə deyirik, bank versin görüntüləri. Deyir, Bank vermir. Əcəb işdir! Müstəntiq mıxa nala vurur. Hiss edirik ki müstəntiq Anar Aydəmirov qərar vermək gücündə deyil. Polis İdarəsi ABB Bankın qabağında gücsüzdür.

Maləsəf... yaxın gündə qadın intihar edəcəyini söyləyib. Hələ ki...."

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930