Kaliforniya qubernatoru: “Donald Tramp dəli və təhlükəlidir”
Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ Prezidenti Donald Trampın İranla münaqişə kontekstində Los-Anceles və San-Dieqonun “məhv edilə biləcəyi” barədə dediyi sözlərə sərt reaksiya verib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, Nyusom bu barədə “X” hesabında yazıb.
“Milli Qvardiyanı Kaliforniyaya göndərdikdən sonra Donald Tramp indi deyir ki, xarici düşmənlərimiz şəhərlərimizi məhv etməlidir. O, dəli və təhlükəlidir”.
Xatırladaq ki, Tramp bir qədər əvvəl İranla müharibə fonunda Kaliforniyanın iki böyük şəhərinin vurula biləcəyini bəyan etsə də, fikrinə detal əlavə etməmişdi.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: