Trampa əxlaqsız deyən merdən yeni paylaşım: "...o da sənsən, Donald Tramp"

10-06-2025, 10:38 261 dəfə baxılıb

 

Kaliforniyadakı iğtişaşlardan sonra ölkə prezidenti Donald Trampla münasibətləri daha da kəskinləşən mer Gevin Nyusom növbəti paylaşımı ilə diqqəti yenidən özünə cəlb edib.

 Yenisirvanli.İnfo.Az xarici mətbuata istinadla xəbər verir ki, Trampın Milli Qvardiyanı ştata yeritməsinə etiraz edərək məhkəməyə üz tutan mer onu həmdə əsgərləri ac-susuz buraxmaqda ittiham edib.

 Gevin Nyusom ştata yeridilən hərbçilərlə bağlı Donald Trampa belə aşağılaycı mesaj göndərib: "Əsgərlərinizi bura yanacaqsız, yeməksiz, susuz və qalmağa yersiz göndərdiniz. Əgər biri hərbçilərimiz hörmətsizlik edirsə, o da sənsən, Donald Tramp".

Xatırladaq ki, Donald Tamp Kaliforniyanın Los-Anceles şəhərində başlayan aksiyalarda şəhər merini günühlandırıb. O, daha sonra etirazçıları güllələməklə hədələyib: "Əgər etirazçılar hərbçilərimizə tüpürməyə davam edərsə, onları daha sərt vuracağıq. Mən əsgərlərimizə və ölkəmizə belə hörmətsizliyi qəbul etməyəcəm".

Prezident şəhər merinin soyadını "scum" (pislik) kimi yazaraq onu təhqir də edib.

Mer Gevin Nyusom isə buna cavab olaraq Trampın Kaliforniya ştatında Milli Qvardiyanı federal hakimiyyət altına alma qərarına qarşı çıxaqraq bu qərarı "əxlaqsız" və "konstitusiyaya zidd" sayıb.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031