23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

18-04-2025, 20:28 47 dəfə baxılıb

 

Cənubi Kaliforniya ştatında bu həftə baş verən 5.2 bal gücündəki zəlzələ bölgədəki ən böyük təhdidə səbəb olan “Elsinore” qırılmasının hərəkətliliyini yenidən gündəmə gətirib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  ABŞ-ın məşhur seysmoloqları bu qırılmanın 7.8 bal gücündə bir zəlzələyə səbəb ola biləcəyini vurğulayıblar.

“Elsinore” qırılması ABŞ-Meksika sərhədindən başlayıb, Kaliforniyanın San Diego və Riverside qraflarından keçərək Los-Ancelesə qədər uzanır. Bu qırılma xətti bölgədəki ən təhlükəli və gözlənilən zəlzələ mənbələrindən biri olaraq göstərilir. Kaliforniya Texnologiya İnstitutunun məlumatlarına görə, “Elsinore” qırılmasında hər 100-200 ildən bir böyük zəlzələ baş verir və bu zəlzələnin 7.8 bal gücündə olması ehtimalı yüksəkdir.

“Elsinore” qırılması Los-Ancelesdən Las Veqas qədər geniş bir ərazini təsir altına alacaq bir fəlakətə səbəb ola bilər. 2017-ci ildə ABŞ Geoloji Tədqiqat Xidməti (USGS), Elsinore qırılmasından başlayan bir 7.8 bal gücündəki zəlzələnin simulyasiyasını aparmış və bunun ciddi struktur zədələnmələrə, çox sayda insanın ölümünə və iqtisadi fəsadlara səbəb olacağını göstərmişdi.

Ekspertlər zəlzələnin yaxınlaşdığını bildirərək əhalini bu mövzuda daha hazırlıqlı olmağa və mütəmadi olaraq seysmik təlimlər keçirməyə çağırır. “Elsinore” qırılmasında baş verə biləcək böyük təkanların Kaliforniyanın bütün cənubunu təsir altına alması ehtimalı bölgədəki sakinləri narahat edir.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031