Latviyada hökumət böhranı - Baş nazir istefa verdi

14-05-2026, 13:40 1 259 dəfə baxılıb

 

Latviyanın Baş naziri Evika Silinya istefa verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, E.Silinya bu barədə qərarını brifinqdə açıqlayıb.


Onunla birlikdə hökumət də istefaya yollanıb.


“İstefa verirəm, lakin təslim olmuram və getmirəm. Mən və “Yeni Birlik” Latviya xalqına verdiyimiz vədimizi yerinə yetirməyə davam edəcəyik”, - deyə Silinya bildirib. 


O, həmçinin rəqiblərini “siyasi paxıllıqda və dar partiya maraqlarında” ittiham edib: “Müdafiə naziri postuna güclü namizəd görən siyasətçilər hökumət böhranını seçdilər”.


Qeyd edək ki, bundan əvvəl Silinya polkovnik Rayvis Melnisi müdafiə naziri vəzifəsinə təyin etməyi təklif edib. O bu postda istefa verən Andris Sprudisi əvəz etməlidir. Baş nazirin təklifindən sonra “Proqressivlər” partiyası hökuməti artıq dəstəkləmədiyini bəyan edib. “Yaşıllar və Kəndlilər İttifaqı” koalisiyası isə bildirib ki, Silinyanin rəhbərlik etdiyi hökumət faktiki olaraq süqut edib, texniki və ya azlıq hökumətinin formalaşdırılması imkanları tükənib və yeni hökumətin qurulması ilə bağlı danışıqlar mərhələsinə başlamaq lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031