Narkokartellərlə döyüşdə 25 hərbçi həlak oldu

23-02-2026, 18:13 710 dəfə baxılıb

 

“Meksika Milli Qvardiyasının azı 25 hərbçisi dünyanın ən təhlükəli narkobaronlarından biri hesab olunan “El Menço”nun öldürülməsinə cavab olaraq kartel üzvlərinin təşkil etdiyi amansız hücumlar nəticəsində həyatını itirib”.


“Yenisirvanli.info.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Xarfuç keçirdiyi mətbuat konfransında məlumat verib.


Nazir qeyd edib ki, silahlı toqquşmalar zamanı ştat prokurorluğunun bir əməkdaşı da qətlə yetirilib.


Qeyd edək ki, “El Menço” ləqəbi ilə tanınan Nemesio Oseguera Servantesin ölümündən sonra “Xalisko Yeni Nəsil” (CJNG) kartelinin üzvləri intiqam alacaqlarını bəyan edərək ölkənin səkkiz ştatında genişmiqyaslı iğtişaşlara başlayıblar. Küçə döyüşləri və silahlı hücumlar fonunda cinayətkar qruplaşmalar strateji yolları bağlamaq üçün çoxsaylı yük maşınlarını yandıraraq nəqliyyatın hərəkətini iflic ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031