İranda etirazlarla bağlı 20 mindən çox cinayət işi açılıb

18-02-2026, 13:37 640 dəfə baxılıb

 

İranda ötən il dekabrın sonundan başlayaraq yanvarın əvvəlinə qədər davam edən aksiyalarda iştirak edən etirazçılara qarşı 23 min cinayət işi açılıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Farda” radiosu ölkənin məhkəmə sisteminin nümayəndəsinə istinadən məlumat yayıb. 


Mənbənin sözlərinə görə, həbslər ölkənin bütün ostanlarında həyata keçirilib. 


Məhkəmə sistemi nümayəndəsi etirazlar zamanı ölkə üzrə 749 polis bölməsinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun 120 mərkəzinə hücumların qeydə alındığını vurğulayıb. 


ABŞ-də yerləşən “Human Rights Activists in Iran” (HRAI) müstəqil insan hüquqları təşkilatının məlumatına görə isə 15 fevral tarixinədək İranda azı 53552 nəfər həbs olunub, onlardan 144-ü tələbədir. Ümumilikdə 11053 nəfər məhkəməyə çağırılıb. 


Xatırladaq ki, İranda 2025-ci ilin dekabrından iqtisadi böhran və valyutanın kəskin ucuzlaşması ilə başlayan etiraz dalğası qısa müddətdə genişmiqyaslı toqquşmalara çevrilmişdi. 


“HRAI” iğtişaşlar zamanı 6508 nəfəri etirazçı olmaqla, 7015 nəfərin ölümü barədə məlumat yayıb. Bundan əlavə, insan hüquqları müdafiəçiləri 25845 nəfərin yaralandığını açıqlayıb. İran hakimiyyəti isə rəsmi olaraq iğtişaşlar nəticəsində 3117 nəfərin öldüyünü bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031