İran pulu “sıfır”a düşdü - Tarixi çöküş - Fotolar

13-01-2026, 08:35 227 dəfə baxılıb


İranda illərdir davam edən iqtisadi sanksiyalar, yüksək inflyasiya və neft ixracına qoyulan məhdudiyyətlər valyutanın devalvasiyasına səbəb olub.


“Yenisirvanli.info.az” xəbər verir ki, ölkənin milli valyutası rial avro və dollara qarşı faktiki olaraq “0,00” səviyyəsinə enib.


Rialın kəskin devalvasiyası 28 dekabr 2025-ci ildən bəri fasiləsiz davam edən etirazları da “körükləyib”. Nümayişlərdə onlarla insan həyatını itirib, minlərlə insan saxlanılıb.


Valyutanın dollar və avroya qarşı rekord səviyyədə düşməsi, inflyasiyanın artması və yaşayış xərclərinin yüksəlməsi etirazçıların əsas narahatlığını təşkil edir. 28 dekabrdan bəri davam edən nümayişlər iqtisadi problemlərlə başlayıb, lakin son günlərdə siyasi islahatlar və hakimiyyətə etiraz şüarları da davam edir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031