Yaponiya hökuməti əhalinin azalması ilə mübarizə aparmaq üçün qərargah yaratdı

18-11-2025, 12:15 109 dəfə baxılıb

 

Yaponiya hökuməti əhalinin azalması ilə mübarizə çərçivəsində Baş nazir Sanae Takaiçinin rəhbərliyi altında xüsusi qərargah yaradıb.


Yenisirvanli.info.az  bu barədə "Kyodo" agentliyinə istinadən xəbər verir.


Məlumata görə, qərargah doğum nisbətinin artırılmasından və ailələrin dəstəklənməsindən tutmuş regionların inkişafının stimullaşdırılmasına qədər demoqrafik sahədə tədbirlərin həyata keçirilməsini koordinasiya edəcək. Hazırda bu məsələlərlə bir neçə qurum məşğul olur.


"Hər kəsin seçilmiş bölgədə yaşamağa davam etməsi üçün biz əhalinin azalması ilə mübarizə tədbirlərini hərtərəfli şəkildə təşviq edəcəyik", - deyə Takaiçi bildirib.


Baş nazir, həmçinin sosial təminat islahatlarının təşviq edilməsini, səhiyyə, nəqliyyat və kommunal infrastrukturun rəqəmsallaşdırılmasını tələb edib.


Qeyd edilir ki, ötən il Yaponiyada 700 000-dən az insan doğulub ki, bu da 1899-cu ildə qeydiyyata başlanıldığı vaxtdan bəri ən aşağı göstəricidir. 65 yaşdan yuxarı yaponların nisbəti rekord həddə - ümumi əhalinin 29.4 faizinə çatıb. Bu göstəriciyə əsasən, gündoğar ölkə dünyada birinci yerdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031