ABŞ-də Çarli Kirkin qatili saxlanıdı

12-09-2025, 21:52 111 dəfə baxılıb

 

"Amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs, çox güman ki, həbsdədir".


Yenisirvanli.info.az -ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.


"Çox ehtimal ki, o, indi həbsdədir. Son iki gün yarım ərzində çox iş görülüb. Şübhəli şəxsə çox yaxın olan biri onun barəsində məlumat verib… Ümid edirəm ki, ona ölüm cəzası təyin olunacaq", - deyə Tramp vurğulayıb.


Prezident əlavə edib ki, şübhəlinin əlbirlərinin olduğuna dair hələ heç bir sübut yoxdur.


Xatırladaq ki, sentyabrın 10-da 31 yaşlı Çarli Kirk Yuta Universitetində çıxış edərkən güllələnib. Fəal aldığı yaralardan xəstəxanada dünyasını dəyişib. Kirk Donald Trampın sadiq tərəfdarı kimi tanınırdı.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031