ABŞ-dən qətlə yetirilən fəal Kirk ilə bağlı hədə: Əcnəbilərin ölkəyə girişi məhdudlaşdırıla bilər

12-09-2025, 17:38 151 dəfə baxılıb

 

ABŞ Administrasiyası siyasi fəal Çarli Kirkə qarşı sui-qəsd ilə bağlı sosial şəbəkələrdə hörmətsiz paylaşımlara görə əcnəbiləri mümkün viza məhdudiyyətləri ilə hədələyib.


Yenisirvanli.info.az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin müavini Kristofer Landau "X" hesabında yazıb.


"Vurğulamaq istəyirəm ki, zorakılığı və nifrəti tərənnüm edən əcnəbilər ölkəmizdə xoş qarşılanmırlar. Sosial şəbəkələrdə bəzilərinin baş verənləri təqdir etməsi, bəraət qazanması və ya ələ salması mən iyrəndirdi", - deyə o bildirib.


Landau əlavə edib ki, konsulluq əməkdaşlarına müvafiq tədbirlərin görülməsi barədə göstəriş verib.



Xatırladaq ki, Çarli Kirkə qarşı sui-qəsd sentyabrın 10-da ABŞ-nin Yuta ştatında baş verib. O, universitet şəhərciyində çıxışı zamanı təxminən 800 m məsafədən güllə ilə boynundan vurulub. ABŞ-də sentyabrın 14-dək bütün dövlət bayraqları Kirkin xatirəsinə yarıya qədər endiriləcək.


Qeyd edək ki, 31 yaşlı Çarli Kirkin sosial şəbəkələrdə 20 milyondan çox izləyicisi var idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031