“O, artıq saxlanılıb” - Tramp açıqladı

12-09-2025, 19:41 142 dəfə baxılıb

ABŞ Prezidenti Donald Tramp amerikalı siyasətçi Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. 


“Yenisirvanli.info.az” xəbər verir ki, Tramp bu barədə “Fox News”a müsahibəsində danışıb. 


Onun sözlərinə görə, həmin şəxsi yaxın tanışı ələ verib.


Tramp Kirkin qatilinin ölüm cəzası alacağına ümid etdiyini vurğulayıb.


Xatırladaq ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk dünən Yuta Universitetində çıxışı zamanı güllələnib. Snayperlə boynundan güllələnən Kirk xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinin yaxınlığında meşəlik ərazidə tüfəng aşkarlanmışdı və silahın atışmada istifadə edildiyi ehtimal edilirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031