Estoniya rus gəmisini SAXLADI

11-04-2025, 18:01 5 dəfə baxılıb

 

Estoniya Rusiyanın “kölgə donanması”nın tankerini saxlayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “Postimees” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, tanker Aeqna adası yaxınlığında saxlanılıb.

Estoniya ilk dəfədir ki, Rusiyanın “kölgə donanması”ndan olan gəmini saxlayıb. Müdafiə Nazirliyinin mətbuat konfransında Hərbi Dəniz Qüvvələrinin komandanı İvo Vyark izah edib ki, saxlanılmada məqsəd gəminin sənədlərini və hüquqi statusunu yoxlamaq olub.

Cibuti bayrağı altında üzən “Kiwala” tankeri Estoniya ərazi suları ilə Rusiyanın Ust-Luqa limanına doğru hərəkət edirmiş. Hazırda tankerin yanında Estoniya donanmasının gəmiləri var. Estoniya Polis və Sərhəd Mühafizəsi Departamentinin rəhbəri Veyko Kommusaare bildirib ki, tanker sanksiyalar altındadır. Saxlanılan zaman məlum olub ki, gəmidə heç bir dövlətin bayrağı yoxdur və bu, üzməyi qanunsuz edib. Estoniya gəmini yoxlamaq üçün saxlamaq hüququndan istifadə edib.

Gəminin naviqasiya üçün təhlükə yaratdığı müəyyən olunarsa, texniki çatışmazlıqlar aradan qaldırılana qədər saxlanılacaq. Musavat.com



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930