İstanbulda etiraz aksiyasına qatılan ABŞ vətəndaşı ölkədən deport edilib

25-03-2025, 17:58 68 dəfə baxılıb

 

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya və terror istintaqlarına etiraz etmək məqsədilə Saraçhanədə keçirilən aksiyaya qatılan ABŞ vətəndaşı Türkiyədən deport edilib...


 Yenisirvanli.İnfo.Az  Türkiyə KİV-ə istinadən xəbər verir ki, Maykl Antoni Qanoe adlı şəxs Türkiyəyə martın 20-də gəlib.

Onun bundan əvvəl Rumıniyadakı nümayişlərə qatıldığı müəyyən edilib.

ABŞ vətəndaşının sosial şəbəkələrdə Türkiyədəki məhkəmə qərarlarını və təhlükəsizlik qüvvələrini hədəf alan paylaşımlar etdiyi məlum olub. Qanoe polisə ifadəsində müstəqil jurnalist olduğunu və qazancını sosial mediada paylaşdığı xəbərlərdən əldə etdiyini bildirib.

Aidiyyəti proseduralardan sonra Qanoe və onunla birlikdə fəaliyyət göstərən Rumıniya vətəndaşı Daniel Aleksandr Loktus "kin və nifrəti təşviq etmə" cinayəti səbəbilə ölkələrinə göndərilib.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031