AQTA bu il 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirib: Ciddi nöqsanlar aşkarlanıb

9-10-2025, 18:32 94 dəfə baxılıb


Bu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirilib.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.


Qeyd olunub ki, yoxlamalar zamanı çox sayda uyğunsuzluq faktı müəyyən edilib.


Aşkar edilmiş əsas uyğunsuzluqlar aşağıdakılardır:


- müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi;


- mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması;


- texnoloji ardıcıllıq prinsipinə əməl olunmaması;


- xammal və hazır məhsulların üzərində etiket məlumatlarının olmaması;


- xammalların müşayiətedici sənədlərinin olmaması;


- yararlılıq müddəti bitmiş məhsulların mövcud olması;


- məhsulların saxlanma qaydalarına əməl olunmaması;


- dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması;


- işçi heyətin ilkin və dövrü tibbi müayinədən keçməməsi.


Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031