Maliyyə Nazirliyi İcbari Tibbi Sığorta Agentliyində və TƏBİB-də yoxlamalara başladı

9-09-2025, 18:32 135 dəfə baxılıb

 

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlamalara başlayıb.

Yenisirvanli.info.az "Unikal"a istinadən xəbər verir ki, maliyyə yoxlamaları hazırda davam etdirilir.


Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev saytın sorğusuna cavabında məlumatı təsdiqləyib və bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) qanunamüvafiq qaydada nəzarət tədbirləri həyata keçirilir.

O qeyd edib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələri mütəmadi olaraq Nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru isə Vüqar Qurbanovdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031