Qabil Məmmədov Baş Prokurorluğa çağırıldı – VİDEO

16-03-2025, 20:11 204 dəfə baxılıb

 

Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq rəsmi məlumat təqdim edib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, həmin məlumata görə, təqsirləndirilən şəxs Qabil Əmrah oğlu Məmmədov barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq olunub.
Bildirilib ki, Qabil Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə 17 aprel 2025-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlı sahəsi, 3105-ci məhəllə ünvanında Baş Prokurorluğun İstintaq İdarəsinin İnzibati binasına gəlməlidir.
Cinayət Məcəlləsinin 24 maddəsi ilə ittiham olunan Qabil Məmmədov, 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb. Həmin şəxslərdən 29 597 manat pul alıb. O, eyni zamanda sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib.
Qeyd edək ki, daha öncə Qabil Məmmədov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və axtarışa verilib.
Daha ətraflı videomaterialda:
Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930