Temperatur 15° enəcək, qar yağacaq – Xəbərdarlıq

15-03-2025, 13:34 101 dəfə baxılıb

 

Ölkə ərazisində martın 18-dən 19-na keçən gecədən başlayaraq hava şəraiti dəyişəcək.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031