Qızı ağır xəstəlikdən vəfat edən ata ÖZÜNÜ ÖLDÜRDÜ

6-03-2025, 10:37 5 dəfə baxılıb

Zaqatalada 71 yaşlı kişinin meyiti köhnə tikilidə asılı vəziyyətdə tapılıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə bu gün rayonun Muğanlı kəndində baş verib.

Kənd sakini 71 yaşlı Baxış Hüseyn oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki köhnə tikilidə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar olunub. İlkin araşdırma zamanı B.Hüseynovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Əldə olunan məlumata görə, B.Hüseynovun ailə quraraq rayonun Qandax kəndinə köçən qızı bir-neçə ay əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib.

Yaxınları övladının vaxtsız ölməsinin atasına pis təsir etdiyini, daim fikirli göründüyünü deyib. APA

 Yenisirvanli.İnfo.Az   







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031