Hamamda meyiti tapılan gəncin - FOTOSU

4-03-2025, 09:00 108 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, İsmayıllıda 18 yaşlı gənc hamamda ölü tapılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, mərhumun təhsil aldığı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci onun haqqında paylaşım edib.

Bildirilib ki, kollecin Zootexniklik ixtisası üzrə I kurs tələbəsi olan Əliyev Rahib Elnur oğlu  çalışqanlığı və mehribanlığı ilə seçilən tələbə olub.

“O, müəllim və tələbə yoldaşları arasında daim hörmət və rəğbətlə qarşılanırdı. Təlim və təhsilə olan marağı, məsuliyyətli yanaşması və səmimi insanlığı ilə o hər zaman kollektivimizin yaddaşında qalacaq”.

Qeyd edək ki, gənc Ağdam rayon sakini olub, hadisə onun İsmayıllıda təhsil almaq məqsədilə  yaşadığı kirayə evdə baş verib.

Onun dəqiq ölüm səbəbi hələlik bilinmir.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031