Rusiyalı bloqerə 5 il həbs cəzası verildi

3-03-2025, 18:04 239 dəfə baxılıb

 

Moskvanın Savelovski Rayon Məhkəməsi bloqer Yelena Blinovskayanı 5 il müddətinə azadlıqdan məhrum edib.

YeniSirvanli.İnfo.Az TASS-a istinadən xəbər verir ki, 43 yaşlı bloqer xüsusilə külli miqdarda vergidən yayınmaqda və vəsaitlərin leqallaşdırılmasında təqsirli bilinib.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, Yelena Blinovskaya 905 milyon rubl həcmində vergidən yayınmaqda, eləcə də ödənilməmiş vergilərin böyük bir hissəsinin leqallaşdırılmasında ittiham edilirdi. O, 2023-cü ilin aprelindən ev həbsində olsa da, 2024-cü ilin yanvarında hökmün şərtlərini pozduğuna görə həbs edilib.

İstintaq Komitəsinin versiyasına görə, Aleksey Blinovski həyat yoldaşı Yelena ilə bu məsələdə əlbir olub. Buna baxmayaraq, o, xüsusi hərbi əməliyyatda iştirak etdiyindən ona qarşı istintaq dayandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031