Göyçayda biraylıq körpənin ölüm səbəbi bilindi

3-03-2025, 11:56 238 dəfə baxılıb

 

Göyçayda biraylıq körpənin ölüm səbəbi açıqlanıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Martın 2-də saat 16:00-də 2025-ci il təvəllüdlü Göyçay rayon sakini biraylıq oğlan uşağı kəskin pnevmoniya, kəskin tənəffüs çatışmazlığı və yarımçıq doğulma (31 həftə) diaqnozu ilə ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Xəstəyə zəruri tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb və ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

10:32

Göyçayda biraylıq körpə xəstəxanada vəfat edib.

Oxu.Az xəbər verir ki, 2025-ci il təvəllüdlü Cəfər Nobatov martın 1-də kəskin pnevmoniya diaqnozu ilə xəstəxanaya daxil olub və orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031