Rusiyadan miqrantlarla bağlı gözlənilməz addım

23-04-2025, 10:47 49 dəfə baxılıb

 

Rusiyada qeyri-qanuni olan mühacirlərin bu ölkədəki statuslarını leqallaşdırmaq müddətinin 10 sentyabr 2025-ci ilə qədər uzadılacağı açıqlanıb.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu qərar Rusiya Prezidentinin 30 dekabr 2024-cü il tarixli fərmanı çərçivəsində qəbul edilib.

Əvvəllər miqrantların statuslarını leqallaşdırmaq və ya ölkəni tərk etmək üçün son tarix 30 aprel 2025-ci il kimi müəyyən edilmişdi.Bu barədə Qırğızıstanın Moskvadakı səfiri Kubanıçbek Bokontaevlə Rusiya Prezident Administrasiyasının xarici ölkələrlə mədəni və regional əlaqələr şöbəsinin rəhbəri İqor Maslov arasında keçirilən görüşdən sonra bəyanat verilib. Rusiyada 2025-ci il fevralın 5-dən qüvvədə olan yeni reqlamentə əsasən, ölkədə qeyri-qanuni olan əcnəbi vətəndaşların məlumatları xüsusi yoxlama siyahısına salınıb.

Bu sistem sayəsində insanların ölkədə qalma statusu şübhə altına alına bilər.Yeni rejimdə qeyri-qanuni mühacirlərin bəzi hüquq və azadlıqları məhdudlaşdırılıb.

Bu insanlar:
• Evlənə və ya boşana bilməz,
• Nəqliyyat vasitəsini qeydiyyatdan keçirə və ya istifadə edə bilməyəcək,
• Qanun pozuntularının təkrarlanması halında onlar deportasiya riski ilə üzləşəcəklər. /Cebheinfo.az/



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031