Kirayə mənzillər SATIŞA ÇIXARILDI - Evlər BAHALAŞACAQ?

7-04-2025, 11:11 60 dəfə baxılıb

 

Azərbaycanda kirayə mexanizmi ilə mənzil satışı davam edir. Bakı şəhərində daha 213 yeni, tam təmirli mənzillər satmaq öhdəliyi ilə vətəndaşlara təqdim edilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu mənzillər Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində, “Dərnəgül” metrostansiyasından 50 metrlik məsafədə yerləşir. Yaşayış sahələri 1, 2 və 3 otaqlıdır. Mənzillərin aylıq ödənişi 954 manatdan başlayır.

Bu mexanizm vasitəsilə mənzilə sahib olmaq istəyənlər də var. Lakin elan olunan son qiymətlərin əlçatan olmaması fikri də müzakirə olunur.

Bəs mənzillərin kirayə mexanizmi ilə satışa çıxarılması əmlak bazarındakı qiymətlərə necə təsir edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, belə mənzillərin sayı az olduğundan ümumi daşınmaz əmlak bazarına heç bir təsir göstərmir:

“Onlar coğrafi olaraq çox kiçik ərazidə, yəni cəmi 3-4 ünvanda yerləşirlər. Məsələn, Sumqayıt şəhərinin girişi, Saray qəsəbəsində 100-200 mənzil, Sumqayıt yolu Xırdalan ərazisində də eyni qaydayla, yəni ən çox satışa çıxarılan bunlarıdr. Bakı şəhərində “Dərnəgül” metrostansiyası yaxınlığında da belə evlər var. Bildiyim qədərilə son bir il ərzində 3-4 ünvanda satışa çıxarılır ki, onların da sayı 100-200-dən artıq deyil”.

Ekspert qiymətlərin baha olmasının ölkə iqtisadiyyatına zərər vurduğunu bildirib:

“Mənzillərin kirayə mexanizmi ilə satışı başlayanda, təxminən 5 il öncə onların aylıq ödənişi 200-220 manat idi, indi artıq ən ucuzu 400 manatı keçib, yəni iki dəfə bahalaşıb. Səbəb də odur ki, onlar bunu bazar qiymətləri ilə götürüblər. Bazarda da kirayə qiymətləri dayanmadan artır. Əmlak bazarında qiymətlər son 4 il ərzində 50 faiz bahalaşıb”.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930