Azərbaycanda yalnız eşşəklər deyil, atlar da AZALIR

31-03-2025, 19:21 204 dəfə baxılıb

 

Azərbaycanda atların sayında azalma müşahidə edilib.

Yenisirvanli.İnfo.Az Modern.az-a istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlində ölkəmizdə 49 442 baş at olub..

 

Bu göstərici 2023-cü illə müqayisədə 3 600 baş azdır. Yəni bir ildə Azərbaycanda atların sayı təxminən 7 faiz azalıb.

 

2024-cü ildə Azərbaycanda ən çox at saxlanılan iqtisadi bölgə Şəki-Zaqatala olub. Burada 6 876 baş at qeydə alınıb, baxmayaraq ki, bu rəqəm ötən illə müqayisədə 7.7% azalıb. Ən çox atın olduğu rayon da bu bölgədədir. Belə ki, Zaqatala 3 268 baş atla ölkədə birinci yerdədir.

 

Atların ən çox olduğu digər rayonlar Quba (2 568), Cəlilabad (2 082), Laçın (1 589), Saatlıdır (1 578).

 

Paytaxt Bakıda isə atların sayında cüzi artım olub. 2023-cü ildə Bakıda 153, növbəti il 157 at olub.

 

Digər iqtisadi rayonlarda vəziyyət aşağıdakı kimidir:

 

Qarabağ iqtisadi rayonu – 4 764-dən 4 176-ya düşüb (-12%).

 

Gəncə-Daşkəsən iqtisadi rayonu – 3 217-dən 3 038-ə düşüb (-5.5%).

 

Qazax-Tovuz iqtisadi rayonu – 5 253-dən 4 732-yə düşüb (-10%).

 

Quba-Xaçmaz iqtisadi rayonu – 6 410-dan 5 673-ə düşüb (-11.5%).

 

Şəki-Zaqatala iqtisadi rayonu – 7 453-dən 6 876-ya düşüb (-8%).

 

Şərqi Zəngəzur iqtisadi rayonu – 2 930-dan 2 728-ə düşüb (-6.9%).

 

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda eşşəklərin sayında da azalma müşahidə edilmişdi.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930