Azərbaycanla Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq müzakirə edilib

19-03-2025, 10:47 203 dəfə baxılıb

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevlə görüşüb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, görüş zamanı akademik əməkdaşlıq, Türk dünyasında elmi əlaqələrin genişləndirilməsi və Azərbaycan alimləri ilə yeni tərəfdaşlıq imkanları müzakirə edilib.

Şahin Mustafayev bu il Türk Akademiyasının 15 illik yubileyini qeyd etdiyini bildirərək qurumun 2025-ci il üçün fəaliyyəti və həyata keçirdiyi mühüm layihələr barədə məlumat verib. O, Akademiyanın fundamental elmi tədqiqatların aparılması, beynəlxalq konfransların təşkili kimi sahələrdə gördüyü işlərdən də bəhs edib.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası və azərbaycanlı tədqiqatçılar ilə əməkdaşlığa xüsusi diqqət yetirilib.

Akademik Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan alimlərinin müvafiq sahədə apardıqları birgə tədqiqatlar və əldə etdikləri mühüm elmi nailiyyətlər Türk dünyasının ortaq elmi və tarixi-mədəni irsinin öyrənilməsində mühüm rol oynayır.

Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və Türk dünyasında elmi diplomatiyanın gücləndirilməsində Akademiyanın mühüm roluna diqqət çəkib. O həmçinin iki tərəf arasında əməkdaşlığın daha da inkişafına dəstək verməyə hazır olduğunu bildirib.

Yenisirvanli.İnfo.Az 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930