Rusiyanın Ukraynada atəşkəslə bağlı qərarı bu gün açıqlana bilər

13-03-2025, 20:16 361 dəfə baxılıb

 

Rusiya prezidentinin fəaliyyətini işiqlandıran jurnalistlər Kremlə çağırılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.

Ehtimal olunur ki, Rusiya Federasiyasının Ukraynada atəşkəslə bağlı qərarı bu gün Vladimir Putinin ABŞ nümayəndələri ilə görüşündən sonra açıqlansın.

İnsayderlər hesab edirlər ki, Putinin Amerika nümayəndələri ilə görüşü atəşkəs danışıqlarında əsas məqam olacaq. Rusiyanın ərazi məsələlərində Ukrayna və Qərbin mövqeləri də daxil olmaqla, atəşkəsə razılaşacağı şərtləri müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof bu gün Moskvaya səfər edib. Onun təyyarəsinin bir müddət əvvəl Vnukovo-2 hava limanına endiyi bildirilib.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031