“Dostluq” atasına verilmişdi - “Mərd” isə oğlunun oldu - Fotolar

23-06-2026, 17:05 1 714 dəfə baxılıb


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cıdır düzündə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova “Mərd” adlı Qarabağ atını hədiyyə edib. 


“Yenisirvanli.info.az”ın məlumatına görə, bu, Türkmənistan rəhbərliyinə təqdim olunan ilk Qarabağ atı deyil.


Belə ki, ötən ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun atası Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri zamanı oxşar hadisə yaşanmışdı.


Q.Berdiməhəmmədov İ.Əliyev ilə birlikdə Cıdır düzündə Qarabağ atlarının təqdimatında iştirak etmişdi. Həmin vaxt Türkmənistan Xalq Məsləhətinin sədrinə “Dostluq” adlı Qarabağ atı hədiyyə olunmuşdu.


Qısa müddət ərzində həm ata, həm də oğula hədiyyə edilən atların adları da diqqət çəkir. Azərbaycanın milli sərvətlərindən hesab olunan bu atlar iki ölkə arasında dostluq münasibətlərinin növbəti ifadəsi kimi dəyərləndirilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031