“Sərhədin açılması ilə bağlı konkret tarix məlum deyil”

5-05-2026, 17:33 1 136 dəfə baxılıb

 

Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı konkret vaxt hələ məlum deyil.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistan mətbuatına müsahibəsində bildirib.


“Ermənistanla sərhədin açılmasının konkret vaxtı müzakirə edilməyib. Əldə etdiyimiz razılığa əsasən, sərhəd münasib vaxt gəldikdə və bütün formal məsələlər öz həllini tapdıqda açılacaq. Tikinti işləri demək olar ki, tamamlanıb, lakin həll edilməli olan məsələlər hələ qalmaqdadır”, - Kılıç qeyd edib.


Onun sözlərinə görə, sərhədin açılması üçün siyasi maneələr yoxdur, proses texniki və bürokratik səbəblərdən ləngiyir. Serdar Kılıç söhbətin personalın təyin edilməsi, internet rabitəsinin qurulması və digər təşkilati məsələlərdən getdiyini əlavə edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031