Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılacaq

12-09-2025, 20:37 153 dəfə baxılıb

 

Türkiyə və Ermənistan nümayəndələri 2026-cı ilin yayına qədər iki ölkə arasında hava əlaqəsinin həcminin artırılması barədə razılığa gəliblər.


Yenisirvanli.info.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bu barədə iki ölkənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında keçirilən görüşün nəticələrinə dair məlumat yayıb.


Məlumata əsasən, xüsusi nümayəndələr maraqlı şirkətlərin 2026-cı ilin yayından etibarən müxtəlif istiqamətlər üzrə uçuşlara başlaması üçün zəruri səylərin göstərilməsi barədə razılığa gəliblər.


Bundan əlavə, görüşdə mədəni və akademik sahələrdə əməkdaşlığın gücləndirilməsi qərara alınıb. Xüsusilə ali təhsil üzrə tələbələr üçün təqaüdlərin təsis edilməsi və tarixi İpək Yolu marşrutunun bir hissəsi olan Ani körpüsünün birgə bərpası nəzərdə tutulub.


Həmçinin nümayəndələr heç bir ilkin şərt irəli sürmədən münasibətlərin normallaşması prosesini davam etdirmək niyyətlərini təsdiqləyiblər.



18:52


İrəvan və Ankara Gümrü-Qars dəmir yolu və elektrik ötürücü xəttinin bərpası ilə bağlı texniki araşdırma aparmaq barədə razılığa gəliblər.


Yenisirvanli.info.az  Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu barədə İrəvanda Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçın görüşündə elan olunub.


Görüşün nəticələrinə əsasən, tərəflər dialoq və əməkdaşlıq prosesini davam etdirmək niyyətlərini bir daha təsdiqləyiblər və bunun bütün region üçün əhəmiyyətini vurğulayıblar.


11:28


Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistana səfər edib.


Yenisirvanli.info.az bu barədə "Türkiye Gazetesi"nə istinadən xəbər verir.



Qeyd olunur ki, Serdar Kılıçı Ermənistan-Türkiyə sərhədindəki "Marqara" nəzarət-buraxılış məntəqəsində Ermənistan parlamentinin vitse-spikeri və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan qarşılayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031